Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Şabranda maşın aşdı, xəsarət alanlar var - SON DƏQİQƏ

1 089
Paylaş:
Şabranda maşın aşdı, xəsarət alanlar var -     SON DƏQİQƏ

Şabran rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Pravda.az-ın xəbərinə görə, hadisə rayonun Gəndob kəndi ərazisində qeydə alınıb.

"Fiat" markalı maşının yoldan çıxıb aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onlar Şabran rayon sakinləri - 1985-ci il təvəllüdlü Musayev Azər Zahid oğlu, 1986-cı il təvəllüdlü Rəsulov Kamil Arif oğlu, 1986-cı il təvəllüdlü Qasanov Ziya Məzahir oğlu və 1986-cı il təvəllüdlü Mirzəliyev Pərvin Nəsrulla oğludur.

Xəsarət alan şəxslər sinif yoldaşları olub.APA

Paylaş:

Ən son xəbərlər