Türkiyənin vitse-prezident Cevdet Yılmaz dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın maaşının millət vəkilinin maaşından az olduğunu açıqlayıb. Bu barədə “Haber Global” məlumat yayıb.
“Ərdoğanın maaşı deputatların maaşından aşağıdır”
Müxalifət partiyalarının millət vəkillərinin Prezident Rəcəb Tayyib Ərdoğanın maaşı ilə bağlı bəzi açıqlamalar verdiyini vurğulayan Yılmaz bu mövzuda polemikanın olmasından təəssüflənib: “Kaş, bu məsələləri polemikaya çevirməyək. Prezidentimizin maaşı ilə bağlı bəzi açıqlamalar oldu. Baxın, bunu çox açıq və qəti deyim; - hazırda Prezidentimizin maaşı deputatın maaşından aşağıdır. Nazir müavinlərinin maaşından aşağıdır. Niyə belədir? Çünki o, şəxsi üstünlükləri ilə bir müddət maaş artımına imkan vermədi”.
Cevdet Yılmaz qeyd edib ki, bu məsələ polemika mövzusu deyil.