İyulun 11-i saat 21 radələrində 1977-ci il təvəllüdlü Şahlar Qasımovun kəsici-deşici xəsarətdən ölməsi barədə Abşeron rayon Prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1980-ci il təvəllüdlü Cavanşir Əliyevin Abşeron rayonu Novxanı kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı qonşusu Şahlar Qasımova bıçaqla sol ayağından xəsarət yetirməsi nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.