Teleaparıcı Xoşqədəm Hidayətqızı şikayət üçün "Səni axtarıram" verilişinə gələn kişini efirdən qovub. Yenisabah.az xəbər verir ki, buna səbəb Abutalıb adlı şəxsin uşağın ona aid olmamasını deməsi və DNT testi tələb etməsi olub.
Belə ki, Abutalıb həyat yoldaşının illər əvvəl qaçdığını, uşağın ona aid olmadığını iddia edib. Daha sonra o, DNT testi zamanı uşağın ona aid olduğu dəqiqləşərsə, övladını aparacağını bildirib.
Bu sözlər teleaparıcını qəzəbləndirib.
"Tərk elə studiyanı, çıx buradan! O qız sənin namusundur. Şərəfindir! Bu qədər talelər göstərirəm. Bu qədər həyat hekayələrini sizinlə birlikdə vərəqləyirəm. İnsanlar bundan nəticə çıxarmırlar. Bu insan görmür ki, 90 yaşlı qadın gəlib burda 76 ilin əvvəlin hekayəsini araşdırır. Bu insanlar dərk etmir ki, ayrılanda kişi ilə qadın bir-birindən ayrılır. Ata ilə uşaq, ana ilə uşaq ayrılmır.