Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Keçmiş səfir döyüldükdən sonra öldü

828
Paylaş:
Keçmiş səfir döyüldükdən sonra öldü

Rusiyanın Banqladeşdəki keçmiş fövqəladə və səlahiyyətli səfiri Aleksandr Nikolayev döyüldükdən sonra yerləşdirildiyi Tver vilayətinin xəstəxanasında dünyasını dəyişib.

Bu barədə “TASS”a Tver vilayətinin prokurorluğundan məlumat verilib.

Prokurorluğun bölgə üzrə nümayəndəsinin sözlərinə görə, keçmiş diplomat iyunun sonunda Konakovo rayonunda döyülüb, bundan sonra o, koma vəziyyətində xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsi ilə “Qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi açılıb./Report

Paylaş:

Ən son xəbərlər