Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Araz çayında ata və oğlun boğulması ilə bağlı araşdırma aparılır

646
Paylaş:
Araz çayında ata və oğlun boğulması ilə bağlı araşdırma aparılır

İmişlidə Araz çayında ata və oğlun boğulması ilə bağlı araşdırma aparılır.

Hadisə rayonun Şahverdili kəndində qeydə alınıb.

Belə ki, Əliyev Asif Ələsgər oğlu və oğlu 2020-ci il təvəllüdlü Əliyev Rəvan Asif oğlu Araz çayının həmin kənd ərazisindən keçən hissəsində çimərkən boğularaq ölüblər.

Asif Əliyevin meyiti batdığı ərazidən, oğlunun meyiti isə çayın Məzrəli kəndi ərazisindən keçən hissəsindən tapılıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər