Bakıda tarixi bina sökülür.
Bu barədə memar Əbdül Hüseynov bildirib.
Onun sözlərinə görə, Salatın Əsgərova və Bül-Bül prospektilərinin kəsişməsində yerləşən yaşayış binası yerli əhəmiyyətli memarlıq abidəsidir. Bina 1899-cu ildə milyonçu İsa bəy Hacınski tərəfindən ikimərtəbəli yaşayış binası kimi tikilib.
“Bir neçə gün əvvəl ərazidə çəkiliş aparan yaxın dostum əlaqə saxlayıb. Evin sakinləri ilə söhbət zamanı məlum olub ki, evdəki mənzillərin bir qismi artıq alınıb və bina sökülməyə hazırlanacaq”-deyə Ə.Hüseynov vurğulayıb.
Ə.Hüseynov deyib ki, son vaxtlar memarlıq abidələrinin dağıdılması üçün bir sıra gedişlərdən istifadə edilir.