Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Cinsiyyət dəyişdirmək qadağan edildi

851
Paylaş:
Cinsiyyət dəyişdirmək qadağan edildi

Rusiyada cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun qəbul olunub. APA xəbər verir ki, bu gün Dövlət Duması ikinci oxunuşda cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun layihəsini yekdilliklə qəbul edib.

Qanunda qadağa anadangəlmə anomaliyaların və inkişaf qüsurlarının, həmçinin uşaqlarda cinsiyyət orqanlarının formalaşmasının pozulması ilə bağlı olan genetik və endokrin xəstəliklərin müalicəsi ilə bağlı tibbi müdaxilələrə şamil edilmir.

Bundan başqa, duma ər-arvaddan birinin cinsiyyətinu dəyişdirdiyi halda nikahın pozulmasına dair düzəlişi də dəstəkləyib.

Paylaş:

Ən son xəbərlər