Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Elza Seyidcahan bu telekanalda aparıcılıq edəcək

1 352
Paylaş:
Elza Seyidcahan bu telekanalda aparıcılıq edəcək

Əməkdar artist Elza Seyidcahan Xəzər Televiziyasında aparıcılığa başlayır. Pravda.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında əməkdar artistin özü məlumat verib:

"Xəzər Televiziyasında "Dönə bilsəm" adlı veriliş aparacam. Veriliş yeni mövsümdə həftə içi yayımlanacaq. Çox gözəl layihədir. Artıq verilişin çəkilişləri başlayıb. Dəvət Xəzər Televiziyası tərəfindən gəldi. Televiziyanın rəhbəri Murad Dadaşova təşəkkür edirəm. Doğum gönümdə də mənə təbrik məktubu göndərib. Çox sağ olsun".

Xəzər Media Mərkəzinin İctimaiyyətlə əlaqələr və əməkdaşlıq departamentinin rəhbəri Ülkər Qasımova məsələyə münasibət bildirib: “Bəzi media vasitələrində Azərbaycan Respublikasının Əməkdar artisti Elza Seyidcahanın Xəzər Televiziyasında veriliş aparacağı ilə bağlı yayılan məlumat barədə bildirmək istəyirik ki, Elza xanımı hər zaman efirimizdə görməkdən və onunla sənətçi, qonaq kimi əməkdaşlıqdan məmnunuq. İstedadlı müğənninin yaradıcılığına böyük hörmətlə qeyd etmək istəyirik ki, hazırda yeni proqram şəbəkəsində Xəzər Televiziyasında belə bir layihə nəzərdə tutulmayıb. Ola bilsin ki, Elza Seyidcahan hər hansı prodüser mərkəzi və ya digər istehsalçılarla əməkdaşlıq həyata keçirir, amma Xəzər Televiziyasında hazırda belə bir layihə barədə məlumat yoxdur. Əziz həmkarlar, bundan sonra və gələcəkdə Xəzər Media Mərkəzi ilə bağlı hər hansısa bir informasiyanı yazmamışdan öncə bizimlə dəqiqləşdirməyi xahiş edirəm”.

Paylaş:

Ən son xəbərlər