Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bu gün vəfat edən Madər Musayevlə bağlı məlumatlar

4 634
Paylaş:
Bu gün vəfat edən Madər Musayevlə bağlı məlumatlar

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin deputat Hacı Madər Musayev vəfat edib.

Pravda.az mərhum deputat M.Musayevlə bağlı məlumatları təqdim edir:

Madər Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. Moskva Koperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləyib. 1986–1995-ci illərdə "Bahar" ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı və Azərbaycan Ali Sovetinin XII çağırış deputatı olub.

"Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.

25 noyabr 2022-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Evli idi və 3 övladı var.

Madər Musayev 14 iyul 2023-cü il tarixində vəfat edib.

Paylaş:

Ən son xəbərlər