Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Salyanda fəhləni elektrik cərəyanı vuraraq öldürüb, cinayət işi açılıb - YENİLƏNDİ

739
Paylaş:
Salyanda fəhləni elektrik cərəyanı vuraraq öldürüb, cinayət işi açılıb -   YENİLƏNDİ

Salyanda fəhlənin elektrik cərəyanı vuraraq öldürməsi faktı ilə bağlı cinayət işi açılıb.

Bu barədə Pravda.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Salyan Elektrik Şəbəkəsində montyor işləyən 1975-ci il təvəllüdlü Elnur Kazımovun rayonun Seyidlər kəndi ərazisində elektrik naqilini dəyişərkən cərəyan vurması nəticəsində ölməsi faķtı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərcəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

***

14:30

İyulun 14-də günorta saatlarında Salyan Rayon Polis Şöbəsinə rayonun Aşağı Kürkənd kənd sakini, Salyan rayonu Elektrik Şəbəkəsində fəhlə işləyən Elnur Kazımovun rayonun Şorsulu kəndi ərazisində işləyən zaman cərəyan vurması nəticəsində vəfat etməsi barədə məlumat daxil olub.

Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunublar.

Faktla bağlı araşdırmalar aparılır.

Paylaş:

Ən son xəbərlər