“Əvvəllər yox deməyi bacarmırdım. Artıq vaxtımı boş yerə müəyyən insanlara və layihələrə xərcləməməyi öyrənmişəm”.
Bu sözləri Baku TV-də yayımlanan “Qapqara” verilişində aktyor Azər Aydəmir deyib.
“Məryəm”, “Əqrəb mövsümü” serialları ilə məşhurlaşan aktyor özündən həddən artıq razı olan insanların onu qıcıqlandırdığını, ancaq onlara həsəd apardığını deyib:
“Çünki həddən çox özündən razı olan insanın cəmiyyət arasında böyük nüfuzu və ağlasığmaz qonorarları var”.