"Space TV"nin sabiq direktoru, dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun kürəkəni Kamil Şahverdinin evindən oğurluq olub.
Pravda.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisəni 1981-ci ildə Şirvan şəhərində anadan olmuş İrina Vatolina adlı qadın törədib. O, 2022-ci ilin avqust ayında xadimə işlədiyi Kamil Şahverdinin Səbail rayonu, Neftçilər prospekti, ev 67, mənzil 30 ünvanında yerləşən mənzilindən oğurluq edib.
2022-ci ilin avqustda Kamil Şahverdi evindən 53 814 manat məbləğində qızıl-zinət əşyalarını oğurlanıb. İrina Vatolina məhkəmədə özünü Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyib.
Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərib ki, zərərçəkmiş şəxsin evində 3 ilə yaxın işləyib, evdə təmizlik edərkən bijuteriyalardan birini istifadə edib geri qaytarmaq məqsədi ilə götürüb, götürdüyü əşyalar qolbaq, sırğa və boyunbağı olub.
Kamil Şahverdi bildirib ki, oğlu və həyat yoldaşı Rəşidə Behbudova 2022-ci ilin aprel ayında ailəsi ilə birlikdə Amerikaya köçüb. O, özü "Space TV”də 15 il direktor kimi çalışıb, həyat yoldaşının səhhətində ciddi problemlər olub. Öz işlərinin çox ağır olması və həyat yoldaşına daha cox vaxt ayırmaq üçün işindən ayrılmalı olub. 2022-ci ilin aprel ayının 3-də oğlu Amerikaya köçərkən həyat yoldaşı bütün nəslin illərlə qoruyub-saxladığı zinyət əşyaları olan çantanı açıb gəlininə üzük hədiyyə edib, həmin vaxt zinyət əşyaları hamısı yerində olub. Kamil Şahverdi bildirib ki, mənzilin sahəsi böyükdür və həyat yoldaşı çox vaxt yataqda olub. Təqsirləndirilən şəxsi bir neçə dəfə sellofanlara nəsə yığıb aparanda nə olduğunu soruşub, İrina da zibil olduğunu deyib.