İyulun 15-də saat 22:00 radələrində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, Elman Süleymanovun idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobili yoldan çıxaraq aşıb.