Bakıda obyektlərin qiymətləri bahalaşıb. “Xezerxeber.az”ın xəbərinə görə, əmlak məsələləri üzrə ekspert Ülvü Əliyev deyir ki, son bir il ərzində əmlak qiymətlərində üç dəfə bahalaşma olub.
Onun sözlərinə görə, bu gün Bakıda xüsusilə biznes məqsədləri üçün qeyri-yaşayış sahələri almaq istəyənlərin sayı artıb: “Buna paralel olaraq qiymətlər də yüksəlib”.
O, qiymət artımın səbəblərini açıqlayaraq qeyd edir ki, sənədsiz obyektlərin satışı çox çətindir. Üstəlik bu obyektlərin alqı-satqısında müəyyən əngəllər yaranır. Bu səbəbdən də bazarda az sayda qeyri-yaşayış sahələri təklif edilir.