Son 30 gündə dənizdə ölümlə üz-üzə qalan 55 nəfər xilas edilib.
Yeniavaz.com “Xezerxeber.az”a istinadən xəbər verir ki, çimərliyə istirahətə yollanan şəxslər arasında hər gün iki nəfər ölümün caynağından son anda xilas olub.
FHN-in kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin icimaiyyətlə əlaqələr şöbəsinin böyük inspektoru Fərid İlhamoğlu bildirib ki, batma təhlükəsi ilə üz-üzə qalanların xilas edilə bilməsində əsas amil onların nəzarət olunan ərazidə çimməsi olub.