Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

İsmayıllıda arvadını qətlə yetirən kişi tutuldu - YENİLƏNDİ

782
Paylaş:
İsmayıllıda arvadını qətlə yetirən kişi tutuldu -   YENİLƏNDİ

İsmayıllı rayonunda qadın qətlə yetirilib, əri şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, iyulun 17- də saat 14 radələrində İsmayıllı rayonunun Təzəkənd kəndində 1988-ci il təvəllüdlü Bədəlova Aytən Etibar qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1985-ci il təvəllüdlü Bədəlov Etibar Əbülfəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi ailə münaqişəsi zəminində baş ver verib.

Araşdırma aparılır.

***

14:57

İsmayıllıda qadın kəsilmiş-deşilmiş xəsarətlərdən ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

İyulun 17-si saat 14 radələrində rayonun Təzəkənd kəndində 1988-ci il təvəllüdlü Aytən Bədəlovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər