New Yorkda tam təsadüfi seçim ilə (şəhərin 19 bölgəsində yaşayan) 3000 nəfəri koronavirus testindən keçiriblər. Bir daha, bunlar xəstəxanaya müraciət edən insanlar olmayıb, dükan-bazardan, küçədən təsadüfi seçilənlər olub və məlum olub ki, 3000 nəfərin14%-i, yəni 420 nəfər virus daşıyıcısıdırlar. Onlarda heç bir xəstəlik əlaməti yoxdur, ortalıqda dolşırlar, deməli hər gün, azı 2000 nəfəri yoluxdururlar, həmin 2 min nəfər də daha 10000 nəfəri, həmin 10 000 də daha 50 000 nəfəri (silsiləni artırmaq da olar) yoluxdururlar. Qubernator Andrew Cuomo deyir ki, şəhərdə günü bu gün ən azı 2,7 mln. nəfər virusa yoluxub.
New Yorkda aparılan bu araşdırma çox önəmlidir, Dünya olaraq virusla uzun zaman birgə yaşamağı öyrənməli, iqtisadiyyatı yavaş-yavaş açmalıyıq – təəssüf ki, bunun başqa yolu yoxdur. Davranış qaydalarımızı uzun aylar dəyişməyə məcbur olacağıq, Dünya əhalisinin 70%-i virusa yoluxandan sonra təbii immunitet yaranacaq, sadəcə bütün ölkələr səhiyyə sisteminin gücünü artırmalı, xəstəliyin böhranlı pik nöqtələrini yumşaq keçməyi öyrənməlidirlər.