Sosial şəbəkələrdə paylaşılan səkkiz yaşlı Tunarın it dişləyəndən sonra quduzlaşası iddası ilə bağlı anası açıqlama verib. Xezerxeber.az-ın xəbərinə görə, Tunarın anası İlhamə Mirqafarovanın sözlərinə görə, oğlunun vəziyyəti stabildir və o quduz deyil.
Ana bildirib ki, Tunar atasız uşaqdır və tək anasının himayəsində böyüyüb.
Onlar ilk əvvəl Xızı rayonunda yaşayıblar və İ.Mirqafarova çobanlıqla məşğul olub. Ana qeyd edib ki, uşaq itlərin, quzuların arasında böyüyüb və daha sonradan stansiya Sumqayıtda məskunlaşıblar:
“Hadisə isə iyulun 8-də başa verib. Belə ki, 8 yaşlı Tunar həyətdəki itə xəsarət yetirəndən sonra it ona hücum edib. Həmin əlamətlər quduzluqla əlaqəli deyil. Tunar uşaqlıqdan qabdan yeməyi o cür yeyir”.