Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bir neçə gün əvvəl təqaüdə göndərilən polis polkovniki Ehsan Zahidovla bağlı əmr imzalayıb.
Pravda.az lent.az-a istinadən xəbər verir ki, nazirin əmrinə əsasən, Ehsan Zahidova təqaüddə olduğu müddətdə polis geyimindən istifadə etmək hüququ verilib.