Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Əhəd Abıyevin vəzifəsi bu şəxsə tapşırıldı

1 111
Paylaş:
Əhəd Abıyevin vəzifəsi bu şəxsə tapşırıldı

Xəbər verdiyimiz kimi dünən Prezident İlham Əliyevin sərəncamı ilə, Əhəd Mikayıl oğlu Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Manset.az-ın əldə etdiyi məlumata görə, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi müvəqqəti olaraq, başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məmmədov Vüqar Xanlar oğluna tapşırılıb.

Qeyd edək ki, Ə.Abıyev 2011-ci ilin fevralından Daşkəsənin icra başçısı vəzifəsində çalışırdı.

Paylaş:

Ən son xəbərlər