Bu gün Xəzər dənizində baş verən zəlzələlərin (Dağıstan ərazisi və Türkmənistanla sərhəddə) Azərbaycana heç bir təsiri yoxdur və olması da mümkün deyil.
Seysmoloji Xidmət Mərkəzindən Xəzər dənizindəki zəlzələlərlə bağlı AÇIQLAMA
Pravda.az xəbər verir ki, bunu AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib. O bildirib ki, sosial şəbəkədə bununla bağlı yayılan məlumatların heç bir əsası yoxdur.