Virusun təsirindən iqlim də dəyişib.

Bu ilki mövsümdə meyvə və tərəvəz qıtlığı yaranacaq.

Bütün dünyada müxtəlif qitələrdə havalar eyni zamanda soyuq keçir. Hətta Azərbaycanda aprelin sonunda dağ rayonlarına yağıb. ABŞ-da biz yaşadığımız Nyu Cersi ştatında da havalar soyuqdur, qar yağmasa da gecələr hərarət bəzən -1 dərəcəyədək aşağı düşür. Mütəxəssislərin qənaətinə görə, bütün bunlar atmosferə buraxılan zəhərli qazların emissiyasının azalması səbəbindən baş verir. Çünki, hazırda avtomobillərdən, təyyarələrdən əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə az istifadə olunur. Buna görə də hava daha təmiz olsa da soyuqlaşıb. Bu dəyişiklik insan orqanizminə müsbət təsirə malik olsa da, kənd təsərrüfatı məhsullarının məhsuldarlığına mənfi təsir göstərəcək. Görsənir ki, bu ilki mövsümdə meyvə və tərəvəz qıtlığı yaranacaq və bu məhsulların qiyməti bahalaşacaq.


Qubad İbadoğlu

İqtisadçı