“Əlim göydədir ki, oğlum Rəşad tez evlənsin. Kaş “doğurçu” sevgidən oxuyaydı. 31 yaşı var, amma hələ də evlənmək istəmir. Deyir, qismət. Onu bu il özüm zorla da olsa evləndirəcəyəm”.
Pravda.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu “El canlı” axşam şousunda deyib.
Verilişdə anası ilə birgə qonaq olan Rəşad bildirib ki, valideyni tez-tez ona evlənmək üçün qızların şəkillərini göndərir: