Bakıda Çin vətəndaşının öz həmyerlisi tərəfindən qətlə yetirilməsinin bəzi təfərrüatı üzə çıxıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1983-cü il təvəllüdlü Yuan Tiangangın 48 yaşlı Pan Yuan Liangı qısqanclıq səbəbindən öldürməsi müəyyən edilib.
Bildirilib ki, Bakıya işləmək məqsədilə gəlmiş Çin Xalq Respublikasının vətəndaşları Nizami rayonu Keşlə qəsəbəsi ərazisində yerləşən yataqxanada yaşayıblar. 40 yaşlı Yuan Tiangangın həyat yoldaşı da onlarla bir evdə qalırmış. İyulun 14-də Yuan Tiangang onunla eyni evdə yaşayan tanışı Panın onun arvadı ilə yaxınlıq etmək istədiyini öyrənib. O, əsəbi halda Panın baş nahiyəsinə dəmir parçası ilə zərbələr endirib.