Bu gün səhər saatlarında Salyan şəhərinin Qalalı yaşayış massivindəki evlərin birində partlayış baş verib.
Salyanda mənzildə partlayış baş verdi
Pravda.az-ın xəbərinə görə, A.Ağabəyli küçəsindəki 5 mərtəbəli binanın 4-cü mərtbəsində yerləşən mənzildə baş vermiş partlayış nəticəsində mənzilin sahibi, 34 yaşlı Zamiq Zakir oğlu Məziyev 3-cü dərəcəli termiki yanıq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisənin, ev sahibinin siqaret yandırarkən mənzilə yığılmış qazın partlaması nəticəsində baş verdiyi deyilr. Hadisə nəticəsində qonşuluqda yerləşən mənzillərə də ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.Virtualaz.org