Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı paytaxt ərazisində narkotiklərin satışını həyata keçirən İlqar Behbudov da saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən satış üçün qablaşdırdığı külli miqdarda heroin və metamfetamin aşkar edilib.
Bakıda taksidə əyləşən sərnişindən külli miqdarda heroin aşkarlandı
Araşdırma nəticəsində müəyyən edilib ki, Zakir Nəsirli və İlqar Behbudov şəxsiyyəti istintaqla araşdırılan "Amil" adlı İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul ediblər. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Zakir Nəsirli və İlqar Behbudov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.