Dövlət Sərhəd Xidməti aktyor Ramil Babayevi Milli Mətbuat Günü münasibətilə təltif edib. Ölkə.Az xəbər verir ki, DSX-nin rəisi general-polkovnik Elçin Quliyev onu “Hərbi əməkdaşlıq sahəsindəki xidmətlərinə görə” medalı ilə təltif edib.
Qeyd edək ki, Ramil Babayev 2001-ci ildə ATV kanalında radioda "İnternet klub" verlişində işləyib. Daha sonra efir rejissorluğunu, sonra montajı öyrənib. ATV kanalinda Reklam direktoru vəzifəsində çalışıb.