Ağstafada narkotik vasitənin təsiri altında taksi fəaliyyəti göstərən və toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktiki-monitorinq tədbirləri keçirib. Tədbir zamanı konstruksiya dəyişikliyi, təhlükəsizlik kəmərindən istifadə etməmə, dayanma-durma və s. qayda pozuntularına yol verilən sürücülər barəsində qanuna müvafiq tədbir görülüb. Sürücülər ilə profilaktiki söhbətlər aparılaraq onlara Yol Hərəkəti haqqında qanunun tələbləri xatırladılıb və bildirilib ki, qaydalara riayət edərək sürücülər həm özlərinin həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etsinlərlər. Kobud qayda pozuntularına yol verən 30-a yaxın sürücü barəsində inzibati qaydada tədbir görülüb, bir neçə avtomobilin istismarı dayandırılaraq duracağa təmin edilib. Polis əməkdaşları piyadalar ilə bağlı da müvafiq tədbirlər həyata keçirib. Beləki yolun qadağan olan hissəsindən qarşıya keçən piyadalar müəyyən olunaraq, profilaktiki söhbət aparılaraq barələrində qanunamüvafiq tədbir görülüb.