Ötən gün dünyasını dəyişən tanınmış telejurnalist Natəvan Babayeva doğulduğu Salyan rayonunun Parça Xalac kənd qəbiristanlığında dəfn olunub. O, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhum jurnalistin ailə üzvləri, rayon icra hakimiyyətinin rəsmiləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən Natəvan Babayeva ötən gün vəfat edib.