Aparıcı Elgiz Əkbər müğənni Niyam Salaminin "Ölüm-ölüm" adlı yeni mahnısını tənqid edib. Axşam.az xəbər verir ki, Elgiz verilişində səsləndirilənən mahnıya irad bildirib. O qeyd edib ki, sözügedən musiqi bir də onun proqramında səsləndirilməsin:
"Bu tip mahnıları sevmirəm. Eyibdir... Bu mahnı onun yaradıcılığının üz qarasıdır. Bəlkə səhv düşünürəm, zövqüm yoxdur. Amma efir üçün deyil. Bu mahnı bir də bizim verilişdə səsləndirilməsin. Ümumiyyətlə, bu tip mahnıları verməyin. Niyamı sevirəm, amma bu mahnı yox".