Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda yanan sərnişin avtobusu ilə bağlı RƏSMİ AÇIQLAMA

733
Paylaş:
Bakıda yanan sərnişin avtobusu ilə bağlı     RƏSMİ AÇIQLAMA

Bakıda sərnişin avtobusu yanıb.

Bu barədə Pravda.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, hadisə bu gün saat 13:00 radələrində paytaxtın Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, “İsuzu” markalı, 99-JU-545 dövlət qeydiyyat nişanlı avtobus ilkin məlumata görə mühərrikində baş vermiş qısa qapanma səbəbindən alovlanaraq yanıb.

Nəticədə ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb.

Paylaş:

Ən son xəbərlər