Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

"Bandotdel" Abşeronda əməliyyat keçirdi

1 400
Paylaş:
"Bandotdel" Abşeronda əməliyyat keçirdi

Abşeron sakinində silah-sursat aşkarlanıb.

Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat verib.

Belə ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel") əməkdaşlarının daxil olan məlumat əsasında Abşeron rayonu Masazır kəndində yaşayan əvvəllər məhkum olunmuş S.Əliyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1 ədəd “BM” markalı tüfəng, 130 ədəd müxtəlif çaplı patron, 1 ədəd ov bıçağı və 14 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər