"Onu düzgün müalicə etmədilər. Dedilər, allergiyadır. Halbuki, xəstəliyi başqa idi".
Bu sözləri ötən gün xərçəng xəstəliyindən vəfat edən tanınmış telejurnalist Natəvan Babayevanın dayısı Zabil Babayev Baku TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, bir neçə ildir xərçəngdən əziyyət çəkən jurnalistin ölümünə həkim səhlənkarlığı səbəb olub.