Əlbəttə, Şuşanın bərpası başlanılıb, bir müddət əvvəl Baş plan təsdiq edilib və indi artıq ilk yaşayış binasının inşası layihəsi başlanıb. Həmin layihələr çərçivəsində Şuşa sakinləri evlərinə qayıdacaqlar.
Prezident İlham Əliyev: Şuşa unikal, misilsiz məkandır
Pravda.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.
Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunduğunu qeyd edən dövlətimizin başçısı bildirib: “Bizim gözləntimiz odur ki, dünyadan çoxsaylı qonaqlarımız olacaq, insan axını olacaq. Çünki bu, unikal, misilsiz məkandır. Burada tarix, mədəniyyət, memarlıq və iqlim vəhdət təşkil edir. Bu, bizim böyük sərvətimizdir”.