Palau (Sakit Okeanda ada dövləti) bayrağı altında üzən və azərbaycanlı iş adamına məxsus konteyner gəmisi Tayvanın Qaosyun limanı yaxınlığında batıb.
Pravda.az "Bakupost.az"-a istinadən xəbər verir ki, "Angel” gəmisi ötən axşamdan batmağa başlayıb. Limanı idarə edən Tayvanın TIPC beynəlxalq korporasiyası gəmini xilas etməyə çalışsa da, bütün cəhdlər boşa çıxıb. Nəticədə gəminin arxa hissəsi tamamilə suyun altında qalıb və konteynerlərin çoxu dənizin dibinə batıb.
Gəminin ekipaj üzvləri təxliyə edilib. Səthdə üzən və su altında qalan konteynerlər digər gəmilərin hərəkəti üçün təhlükə yaratdığı üçün Qaosyun limanı müvəqqəti olaraq bağlanıb.