İçərişəhər tarixən ayrı-ayrı məhəllələrdən ibarət olub. Ağşalvarlılar, arabaçılar, hamamçılar, seyidlər İçərişəhərin əsas məhəllələri, ağşalvarlılar isə İçərişəhərin əsas yerli sakinləri hesab olunurdu.
Ağşalvarlılar kimi tanınan İçərişəhər sakinlərinin nə üçün belə adlandırılması ilə bağlı müxtəlif versiyalar var. Ən çox yayılanı isə budur ki, dənizçiliklə məşğul olduqlarına görə, onlara belə ad verilib. Onlar adətən ağ rəngdə şalvar geyinərlərmiş.