Bir sıra dövlət qurumlarının milyonluq tenderlərinin qalibi olan şirkətin rəhbərinin ölkədən çıxışına "stop” qoyulur. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu, Hacızadə Elman Xalid oğludur.
"Stone Construction” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) qanuni təmsilçisi və baş direktoru olan Elman Hacızadənin külli miqdarda vergi borcu yaranıb. Hazırda onun rəhbəri olduğu QSC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə hazırda 457 min 265 manat 44 qəpik vergi borcu var.
