Abşeron rayonunda intihar hadisəsi baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Nizaməddin İbadov yaşadığı evin qarşısında üzərinə benzin tökərək özünü yandırıb.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan N.İbadovun həyatını xilas etmək mümkün olmayıb.