İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üzrə hesabatı (24.04.2020 il tarixinə) açıqlayıb.
Pravda.az-ın xəbərinə görə, hesabatda bildirilir ki, indiyədək müraciət etmiş vergi ödəyicilərinin sayı 21.432, vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı isə 224.602 nəfərdir.
Müraciət edənlər üçün 77.982,8 min manat, o cümlədən, 1-ci ay 38.991,4 min manat (50%) ödənilməsi nəzərdə tutulur.