"Hər kəs mənə bu sualı verirdi: Cavanşir Məmmədovla Mustafa İbili məsələsinin sonu necə oldu? Cavab verirdim ki, birinci günü gözləyək. Bilirdim ki, bu gün hökm oxunacaq. Vəkilimiz orada idi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Lalə Azərtaş "Təsir dairəsi" verilişində deyib. O, Əməkdar artist Cavanşir Məmmədovla qızı Xatirə Məmmədova ilə qeyri-rəsmi nikahda olan Türkiyə vətəndaşı Kemal Mustafa İbili arasında olan məhkəmə prosesindən danışıb.
Aparıcı bildirib ki, C.Məmmədovun məhkəmə qərarını əvvəlcədən bilməsi ona müəmmalı olub:
"Mənim məhkəmənin həftənin birinci günü olacağını bildiyim kimi, Cavanşir Məmmədov da məhkəmənin necə sonlanacağına əmin idi. Adam hər şeyi bilirdi. Dayanmadan deyirdi: baxarsan, elə məhkəmə zalında həbs olunacaq. Hər şeyi detallı şərh edirdi. Əmin oldum ki, Cavanşir Məmmədov sadəcə yaxşı müğənni deyil, həm də altıncı hissi çox güclüdür.
Adam əminliklə bir neçə gün əvvəl baş verən hadisələrin proqnozunu verdi. Adam dediyi kimi oldu. Mustafanı elə məhkəmə zalında həbs etdilər. Vəkilimiz iştirak edirdi prosesdə, gəlib danışacaq. Cavanşir Məmmədovu anlayıram, puluna görə yanırdı.