"Qastrola gedəndə evimiz üçün darıxırdım. Reyhan gəlirdi otururdu yanımda və bir söz deyərək o dəqiqə adamın ürəyini alırdı. Əvvəllər saçım çox buruq idi. Saçlarımı açırdı və müxtəlif saç düzümləri edirdi. Reyhan Müslümova gələndə mütləq şadlıq, sevinmək olurdu. Onun çox gözəl əl qabiliyyəti var idi. Yeməkləri gözəl bişirirdi".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova "O üz" verilişində deyib. Plastik əməliyyat zamanı cərrah masasında dünyasını dəyişən müğənni Reyhan Müslümovadan danışan İbadova bunları əlavə edib:
"Qastrola gedəndə yeməyi Reyhan bişirirdi. O nə qədər güclü olsa da, deyirdi ki, gedib əməliyyat etdirməliyəm. O, iradəsizlik etdi. Loru dillə desək Reyhan fitvaya getdi".