Bu gün Bakının cənub istiqamətindəki girişdə yaranan güclü tıxacda maraqlı anlar yaşanıb. “Qafqazinfo” xəbər verir ki, xeyli müddət Bayıl qəsəbəsi ərazisində - Salyan şosesindəki tıxacda gözləyən sürücülərdən biri avtomobildən qarpız götürərək kəsib. Digər sürücülərlə birgə qarpızı doğrayan şəxs dilimləri tıxacda gözləyən digər şəxslərə paylayıb.
Həmin şəxs təxminən 2 saat ərzində Lənkərandan Bakıya gəldiyini, lakin paytaxta daxil olandan sonra hərəkətin 40 dəqiqədir dayandığını deyib. Sosial şəbəkələrdə yayılan görüntülər maraqla qarşılanıb.