Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Agentliyinin rəisi Əli Əliyevin ölkədən çıxışına "stop" qoyulub. Qaynarinfo xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyev bu gün qətnamə qəbul edib.
Məlum olur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Milli Geoloji Kəşfiyyat Agentliyini məhkəməyə verib. Səbəb isə Agentliyin 39 268,85 manat vergi borcunun olmasıdır.