"Mənə heç kəsin fikri önəmli deyil. Məni sevən insan belə sevir. Baş bağlayan zaman elə geyinmək lazımdır ki, insanlar çevrilib sənə baxmasın. Bəziləriniz bunu bilmirsiniz. Qınamıram sizi... Öyrəşmisiniz dodaqları böyük, gözündə makiyaj olan xanımları görməyə... Başını düzgün bağlaya bilməyən qadınları görməyə o qədər öyrəşmisiniz ki, artıq bəzəksiz birini görəndə sizə qəribə gəlir". BAKU.WS xəbər verir ki, bu sözləri Əməkdar artistin Rafael İsgəndərovun bloger qızı Gülarə İsgəndərova deyib.
Dindar olan Gülarə qapalı geyimini bəyənməyib ona irad bildirən izləyicilərini tənqid edib. Bloger geyimlərinin normal və İslam adətlərinə uyğun olduğunu bildirib: