Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları - tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib. APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib.
Hakim Azad Məcidov şahidlərin bir qisminin çağırılsa da, məhkəməyə gəlmədiklərini bildirib. Qeyd olunub ki, iş üzrə 42 şahidin sadəcə, 4 nəfəri ifadə verib. Qalan 38 nəfərin isə məhkəməyə məcburi gətirilmısinin təmin edilməsi barədə qərar qəbul edilib.