Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda zəlzələ oldu - YENİLƏNDİ - 2

1 019
Paylaş:
Azərbaycanda zəlzələ oldu -   YENİLƏNDİ - 2

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran stansiyasından 20 km şimal-qərbdə, Lənkəran rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Pravda.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Bildirilib ki, yeraltı təkanın maqnitudası 4.8, dərinliyi isə 5 km olub.

Zəlzələ episentrdə 5, ətraf rayonlarda 5-3 bala kimi hiss olunub.

***

11:29

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Pravda.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Bildirilib ki, yeraltı təkanın maqnitudası 4.9, dərinliyi isə 10 km olub.

***

11:28

İyulun 26-sı saat 11:03 radələrində Xəzər dənizində zəlzələ baş verib.

Pravda.az-ın xəbərinə görə, yeraltı təkanlar 4.7 bal maqnitudalı olub.

Zəlzələ Azərbaycanın cənub rayonlarında hiss edilib.

Paylaş:

Ən son xəbərlər