Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun cinayət işi üzrə məhkəmə istintaqının son mərhələsi keçirilir. "Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda iş materiallarına daxil olan bir neçə sənəd tədqiq olunub.
Proses başlayan kimi İlknur Turkutun vəkili bundan əvvəlki yazımıza görə, jurnalistlərin zaldan çıxarılmasını istəyib.
Hakim Rasim Sadıxovun "bunun üçün əsaslı səbəb göstərə bilərsinizmi?" sualına isə vəkil cavab verə bilməyib. Hakim bu məqamda fürsətdən istifadə edib jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək medianın müstəqil olduğunu vəkilin diqqətinə çatdırıb.
Prosesin davamında Aytac Əliyeva bacısı İlknurun şahid qismində verdiyi ifadəni elan edir. Hiss olunur ki, A.Əliyeva artıq bacısı ilə eyni cəbhədə çıxış etmir, bir çox məsələlərdə onu ittiham edir:
"Müstəntiq dindirmə zamanı İlknurun dediyi sözləri mənim sözlərim kimi qeyd edib. Çaşdırıcı suallar verməkdən əlavə İlknurun səs yazısını belə mənim səsim kimi təqdim ediblər. Ona görə müstəntiqin də məhkəmədə dindirilməsini istəyirdim”.
Eks-bələdiyyə sədri iş üzrə ən çox-189 min manat ziyan dəydiyi iddia olunan Aygün və Zarina Məmmədova bacıları ilə də heç bir iş görmədiyini, bu işlərin də İlknurun əməli olduğunu deyib: