Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Lənkəranda qəza: vəzifəli şəxs və daha 6 nəfər xəsarət alıb

700
Paylaş:
Lənkəranda qəza: vəzifəli şəxs və daha 6 nəfər xəsarət alıb

Bu gün səhər Lənkəranda baş verən yol qəzasında 7 nəfərin xəsarət aldığı məlum olub. APA-nın məlumatına görə, yol nəqliyyat hadisəsi zamanı xəsarət alanlar, "Mercedes" markalı avtomobilin sürücüsü Lənkəran rayonunun Vilvan kənd sakini 1988-ci il təvəllüdlü Sadik Rzayev, "Niva" markalı avtomobilin sürücüsü 1970-ci il təvəllüdlü Lənkəran rayonunun Köhnəgəgir kənd sakini Allahverdi İbrahimov və sərnişinlər - 1970-ci il təvəllüdlü Köhnəgəgir kənd sakini Allahverdiyev Füzuli Allahverdiyev, 1991-ci il təvəllüdlü Köhnəgəgir kənd sakini Günel İbrahimova, 1998-ci il təvəllüdlü Təmail İbrahimov, eləcə də iki azyaşlı - 2019-cu il təvəllüdlü Günəş Agayeva, 2012-ci il təvəllüdlü Mirvəli Agayevdir.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

"Niva" markalı avtomobilin sürücüsü, 1970-ci il təvəllüdlü Allahverdi İbrahimov Köhnəgəgir kənd ərazi dairəsi üzrə icra nümayəndəsidir.

Paylaş:

Ən son xəbərlər