Sənət aləmində instaqram sosial şəbəkəsindən aktiv istifadə edən məşhurların sayı kifayət qədərdir. Onlar tədbirlərdə, toylarda, istirahətdə və gündəlik həyatda baş verənləri instaqram izləyiciləri ilə bölüşürlər. İzləyici sayı çox olan məşhurlar isə həm paylaşım edir, həm də instaqramdan yüksək məbləğdə pul qazanırlar.
Pravda.az xəbər verir ki, tanınmışların instaqram paylaşımlarının qiyməti 500-5000 AZN aralığında dəyişir.
Show_clab səhifəsinin yaydığı məlumata əsasən, aparıcı Afaq Gəncəlinin instaqramda 1 milyon 300 min izləyicisi var. O, bir paylaşımı 2000 AZN-ə edir.
Müğənni Sevda Yahyayeva instaqramda bir postu 1000-2000 AZN aralığında paylaşır. Onun 1 milyon 700 min izləyicisi var.
Müğənni Günay İbrahimlinin də izləyici sayı həmkarı Sevda ilə eynidir (1 milyon 700 min izləyici). O, bir postu 2000 AZN-ə paylaşır.